Ukrayna “Lukoyl”un ən böyük zavodlarından birinə hücum edib

Ukrayna “Lukoyl”un ən böyük zavodlarından birinə  hücum edib backend

İyulun 2-nə keçən gecə Ukraynaya məxsus 30-a yaxın pilotsuz uçuş aparatı (PUA) Nijni Novqorod vilayətinə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə region rəhbəri Qleb Nikitin məlumat verib.

O, PUA qalıqlarının düşməsi nəticəsində bir sənaye obyektinə və bir neçə yaşayış evinə ziyan dəydiyini bildirib. Hadisə zamanı bir mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.

Şahidlərin çəkdiyi görüntülərin analizinə əsasən, hücuma Kstovo şəhərində yerləşən "Lukoyl-Nijneqorodnefteorqsintel" neft emalı zavodu məruz qalıb. Bu, Rusiyada gücünə görə 4-cü, benzin istehsalına görə isə 2-ci yeri tutan "Lukoyl"un ən böyük zavodudur. Müəssisə ildə təxminən 15 milyon ton neft emal etmək və 5 milyon ton benzin istehsal etmək gücünə malikdir və Moskva regionunu yanacaqla təmin edir.

Bundan əvvəl zavod iyunun 24-də də hücuma məruz qalmışdı və zavodun gücünün 25%-ni təmin edən ilkin emal qurğusu zədələndiyi üçün fəaliyyətini dayandırmışdı.

QAZİLER.AZ