Günəşdə baş verən güclü partlayışdan sonra Yer kürəsinə güclü maqnit qasırğası daxil olacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.
Kanalın məlumatında qeyd olunub ki, iyunun 30-dan iyulun 1-nə keçən gecə Günəşdə ən yüksək "X" sinfinə malik partlayış baş verib.
Alimlər vurğulayırlar ki, partlayışın dalğası iyulun 2-si, cümə axşamı günü, Bakı vaxtı ilə saat 22:00-dan 01:00-dək olan müddətdə Yer kürəsinə çatacaq.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Burada A ən zəif, X isə ən güclü sinif hesab olunur. Bununla yanaşı, hər növbəti sinif gücün təxminən on dəfə artması ilə fərqlənir.
QAZİLER.AZ



