Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.



