Türkiyənin Antalya vilayətindəki otellərdən birində xlor sızması nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.
Qaziler.az xəbər verir ki, bu barədə "Haber7" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Manavqatın məşhur turizm zonası olan Kızılağaç rayonunda baş verib.
Xlor sızması otelin texniki otağında dezinfeksiya işləri aparılarkən qeydə alınıb. Zəhərli buxardan həm otel əməkdaşları, həm də qonaqlar zərər çəkiblər. Ehtiyat tədbiri olaraq bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb və tibbi müayinədən sonra evə buraxılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisə yerində təcili tibbi yardım briqadaları və jandarma əməkdaşları işləyir. Baş vermiş hadisə ilə bağlı araşdırma başladılıb.
QAZİLER.AZ



