Yol qəzasına ölən qazi dəfn edilib

Yol qəzasına ölən qazi dəfn edilib backend

Tovuzda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Qarabağ qazisi İsmət Talıb oğlu Nağıyev dəfn edilib.

 

Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun döyüş yoldaşları bildiriblər.

 

Xatırladaq ki, iyunun 13-də Tovuzun Əsrik-Cırdaxan kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib. 

 

Belə ki, “Lada Granta” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

 

Qəza zamanı 1994-cü il təvəllüdü İsmət Talıb oğlu Nağıyev xəstəxanaya aparılarkən yolda ölüb. İsmət Nağıyev Vətən müharibəsi qazisidir..

 

Mərhum Əsrik-Cırdaxan kənd qəbistanlığıda torpağa tapşırılıb.