Dağıstanda magistral qaz kəmərində partlayış olub - VİDEO

Dağıstanda magistral qaz kəmərində partlayış olub - VİDEO backend

Dağıstanın Kizilyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, diametri 1200 millimetr olan magistral qaz kəmərində üç partlayış baş verib.

FHN-in regional idarəsin qeyd edir ki, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

“Hadisə yerində yanğın müşahidə olunur, qaz yüksək təzyiqlə çıxmağa davam edir”, - deyə məlumatda vurğulanır.

Yanğın zamanı məşəltipli alovun hündürlüyü 15 metrə çatıb.

Hadisədən sonra Kizilyurtdan keçən qaz kəmərinin fəaliyyəti dayandırılıb və kəmər bağlanıb.