Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı backend

Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayılıb və məsələ ilə bağlı araşdırma aparılıb:

 

"İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.