Çinin cənub-şərqində torpaq sürüşməsi nəticəsində 18 bina çöküb.
Axar.az xəbər verir ki, hadisə yerli vaxtla 11:40-da baş verib.Sinhua agentliyinin məlumatına görə, hadisə nəticəsində 41 nəfər itkin düşüb, 8 nəfər dağıntılar altından sağ çıxarılıb.
Bölgəyə xilasedici briqadalar göndərilib, 900-ə yaxın şəxs xilasetmə işlərinə cəlb olunub.