Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB backend

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx
17:52

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.