Qənirə Ataşovanın gündəm olan ingiliscəsi

Qənirə Ataşovanın gündəm olan ingiliscəsi backend

ANS TV-nin ABŞ bürosunun rəhbəri, artıq bir neçə aydır Amerikada yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

ANS TV-nin ABŞ bürosunun rəhbəri, artıq bir neçə aydır Amerikada yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb büro rəhbərinin ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə verdiyi sual olub. Belə ki, Qənirə Ataşovanın sualı Kirbi tərəfindən dil qüsurlarına görə başa düşülməyib. Sözçü jurnalistə sualını ikinci dəfə izah etməyə şərait yaratsa da, o, bunu yenə bacarmayıb. Və zaldakıların gülüşünə səbəb olub.

Bir neçə dəqiqə ərzində həmin video şəbəkələrdə minlərlə istifadəçi tərəfindən paylaşılıb və tənqid hədəfinə çevrilib. Bəzi həmmkarlar Q. Ataşovaya dəstək olsalar da, digərləri ABŞ büro rəhbərinin ingilis dilində bu səviyyədə danışmağını bağışlanmaz hesab edirlər.

Meydan TV-yə istinadən həmin görüntüləri təqdim edirik:

Diaspora