ABŞ-də məzuniyyət gecəsində atışma: ölən və yaralılar var - VİDEO

ABŞ-də məzuniyyət gecəsində atışma: ölən və yaralılar var - VİDEO backend

Kaliforniyada məzuniyyət mərasimindən sonra dörd nəfər, o cümlədən bir yeniyetmə atışma nəticəsində yaralanıb, 18 yaşlı bir gənc isə dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.

Hadisə Sakramentodan cənub-qərbdə yerləşən Ferfild şəhərində baş verib. Atışma yerli vaxtla təxminən saat 19:15-də, tədbirin keçirildiyi məktəbin yaxınlığındakı avtomobil dayanacağında qeydə alınıb. Yaralanan üç nəfər - 11 yaşlı uşaq, həmçinin 20 və 25 yaşlarında olan gənc xəstəxanaya çatdırılıb. Onların xəsarətlərinin ağırlıq dərəcəsi müəyyən olunmayıb.

Yerli məktəb dairəsinin nümayəndəsi "CBS"ə açıqlamasında bildirib ki, atışma mərasim artıq başa çatdıqdan sonra baş verib.

Qonşu Suisun-Siti şəhərinin meri Alma Ernandes "Facebook" şəbəkəsində yazıb ki, atəş açan şəxsin axtarışları davam edir. Polis hələlik şübhəlinin əlamətlərini və hadisənin təfərrüatlarını açıqlaya bilmir.

QAZİLER.AZ