Cəlilabadda törədilən qətlin təfərrüatı bəlli olub - YENİLƏNİB

Cəlilabadda törədilən qətlin təfərrüatı bəlli olub - YENİLƏNİB backend

Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

Qaziler.az-ın "report"a istinadən məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

18:36

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Qaziler.az-ın "report"a istinadən məlumatına görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif bədən xəsarətləri yetirib.

Nəticədə qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.