Gəncədə valyutadəyişmə məntəqəsinin sahibinə hücum edilib

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibinə hücum edilib backend

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

Qaziler.az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub. Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Diaspora