Rusiyanın Kuban vilayətində 52 yaşlı kişi qulaqlıqla gedərkən maşinistin siqnalını eşitməyib və qatarın altında qalıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Rossiya. Kuban" məlumat yayıb.
Hadisə Krımskaya dəmir yolu stansiyasında baş verib. Belə ki, maşinist relslər üzərində gəzən insan görüb və səs siqnal verib. Daha sonra qatarı saxlamaq üçün təcili əyləcə basıb. Lakin kişi qulaqlıq taxdığı üçün ətrafdan və qatarın siqanlından xəbərsiz olub.
Nəticədə baş verəcək bədbəxt hadisədən qaçmaq mümkün olmayıb. Piyada baş verən hadisə nəticəsində həyatını itirib.
QAZİLER.AZ



