Xəzər dənizində zəlzələ baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.



