"Şuşa şəhərciyi"ndə evə basqın edən maskalı şəxs ev sahibəsini bıçaqlayıb

"Şuşa şəhərciyi"ndə evə basqın edən maskalı şəxs ev sahibəsini bıçaqlayıb backend

Bakıda maskalı şəxs yaşayış evinə basqın edib.

Qaziler.az bildirir ki, yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi"ndə qeydə alınıb. Maskalı naməlum şəxs Şuşa rayonu Malıbəyli kənd sakini Aslan Həsənova məxsus evə girərək, onun həmin vaxt evdə tək olan həyat yoldaşı Həsənova Gülsüm Tufan qızından pul tələb edib. G. Həsənova evdə pul olmadığını dedikdə isə onu döyməyə başlayıb. Qadına zərbələr endirən maskalı şəxs onun qarın nahiyəsindən bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Sakinlərin dediyinə görə, son vaxtlar “Şuşa şəhərciyi"ndə analoji hadisələrin sayı artıb. Dekabrın 15-də də evlərdən birinə girən naməlum şəxs ev sahibəsindən pul tələb edib. Ev sahibəsi pul olmadığını deyəndə isə onu döyüb. Bu hadisə barədə də polisə məlumat verilib, lakin naməlum şəxs hələ də tutulmayıb.

Sakinlər bildiriblər ki, son vaxtlar "Şuşa şəhərciyi"ndə bu tip cinayətlərin xeyli artmasına baxmayaraq, hadisələrin heç birinin üstü açılmayıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya bildirilib ki, faktlarla bağlı polisə məlumat daxil olub, araşdırma aparılır.
Diaspora