Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan həkim vəfat edib

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan həkim vəfat edib backend

Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş verən partlayış nəticəsində yaralanan Mərkəzin həkim-radioloqu Asif Nəsirov vəfat edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi öz "Facebook" səhifəsində yazıb.

"Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin", - deyə paylaşımda bildirilib.