Gəncədə zavodda yanğın: 60 canlı qüvvə cəlb edildi - VİDEO

Gəncədə zavodda yanğın: 60 canlı qüvvə cəlb edildi -  VİDEO backend

Gəncədəki zavodda baş verən yanğının qarşısını almaq üçün 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub.

Qaziler.az xəbər verir ki, bu barədə "Report"a Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov açıqlayıb.

"04:38 radələrində qaynar xəttə yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə ümumilikdə 10 avtonəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub", - o bildirib və əlavə edib ki, yanğın 1500 kv.m ərazini bürüyüb:

"Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum (günəbaxan tumu – red.) fabrikinin 500 kv.m anbar hissəsi yanğından mühafizə edilib".

Qeyd edək ki, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və alovun qarşısı alınıb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.