Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Qaziler.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, aprelin 29-da saat 00:30-da üç nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti ağır, 1992-ci il təvəllüdlü (qadın) şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 1967-ci il təvəllüdlü şəxsin (kişi) isə vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisə ilə əlaqədar 2016-cı il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Oxu.az



