Samarada ağac iki məktəbli qızın üstünə aşıb, biri ölüb

Samarada ağac iki məktəbli qızın üstünə aşıb, biri ölüb backend

Samarada əlverişsiz hava şəraiti zamanı bir ağac birbaşa iki məktəblinin üzərinə aşıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat verib.

Hadisə aprelin 27-də Nijneqorodskaya küçəsində baş verib. Pis hava şəraiti səbəbindən iri bir ağac kökündən qoparaq yanından keçən qızların düz üzərinə düşüb. Hadisə nəticəsində onlardan biri vəfat edib. İkinci qız ağır vəziyyətdə təcili olaraq tibb müəssisəsinə çatdırılıb, hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını və şəraitini müəyyənləşdirirlər.

QAZİLER.AZ