Ağcabədidə ev yanıb: uşaq ölüb

Ağcabədidə ev yanıb:  uşaq ölüb backend

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

Qaziler.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.