Qazaxda minik avtomobili ilə TIR toqquşub, xəsarət alanlar var

Qazaxda minik avtomobili ilə TIR toqquşub, xəsarət alanlar var backend

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki Qazax rayon sakini 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.

Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.