Şəmkirdə dərs vaxtı məktəbdə yanğın olub

Şəmkirdə dərs vaxtı məktəbdə  yanğın olub backend

Şəmkirdə məktəbdə dərs vaxtı yanğın hadisəsi baş verib. 

Qaziler.az APA-ya istinadla xəbər verir ki, yanğın məktəbin informatika otağında baş verib.

Belə ki, rayon ərazisində yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb. Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.