İranın qərbində əsas neft kəməri yanıb.
Qaziler.az xəbər verir ki, bu barədə İranın qərbindəki Lorestan əyalətinin qubernator müavini “Mehr” xəbər agentliyinə bildirib.
"Səhər saat 8:00-da (Bakı vaxtı ilə səhər 8:30) Razan aşırımı yaxınlığında əsas neft kəməri zədələnib və yanıb", - deyə məlumatda bildirilib.
Hesabatda yanğınsöndürənlərin artıq hadisə yerində olduğu, lakin yanğının səbəbinin hələlik məlum olmadığı qeyd olunub.
QAZİLER.AZ



