Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın təfərrüatı

Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın təfərrüatı backend

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.

Qaziler.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.

Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb.