Ağstafada sel rayon mərkəzi ilə əlaqəni çətinləşdirib

Ağstafada sel rayon mərkəzi ilə əlaqəni çətinləşdirib backend

Ağstafa çayından sel keçib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.

Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternativ yollardan istifadə edirlər.

Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.