Türkiyədə şagird məktəbə silahlı hücum edib - FOTO/VİDEO

Türkiyədə şagird məktəbə silahlı hücum edib - FOTO/VİDEO backend

Türkiyədə məktəbə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, hadisəni törədən məktəbli özünü öldürüb.

Həmçinin bildirilib ki, yaralıların əksəriyyəti şagirddir. Onlardan birinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tüfənglə daxil olan bir nəfər ətrafa atəş açıb.

Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.