Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Yeraltı təkan yerli vaxtla 07:35-də, 72 km dərinlikdə baş verib.
***
06:48
Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
Qaziler.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.



