"Buşehr" AES-in yaxınlığına mərmi düşüb: bir nəfər ölüb

"Buşehr" AES-in yaxınlığına mərmi düşüb:  bir nəfər ölüb backend

İranda "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşüb, nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb.

Bu barədə İranın Atom Enerjisi Təşkilatı sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, partlayış dalğası yan binalardan birini zədələyib, lakin atom stansiyasının əsas obyektləri zərər görməyib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.