Moskvanın mərkəzində silahlı insident: ölənlər var - ATIŞMA ANI

Moskvanın mərkəzində silahlı insident: ölənlər var - ATIŞMA ANI backend

Moskvanın mərkəzində atışma baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, insident nəticəsində iki nəfər öldürülüb, səkkiz yaralı var. Atışma şəhərin mərkəzindəki "Element" kafesində başlayıb. 10 nəfər anidən bir-birinə atəş açmağa başlayıb.

İki nəfər hadisə yerində həyatını itirib, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Digər dörd yaralının xəsarətləri yüngül qiymətləndirilir.

Ölənlərin əynində xüsusi mühafizə şirkətinin formaları var. Onların hansı şirkətin əməkdaşları olduğu araşdırılır.

Diaspora