MN: Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi məhv edilib

MN: Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi məhv edilib backend

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni silahlı bölmələrinin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən canlı qüvvə sarıdan ən azı üç nəfər itki verib.

"Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır", - deyə məlumatda bildirilir.
Diaspora