İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib

İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib backend

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

 

Trend-in məlumatına görə, 28 fevral 8.00-dan – 11 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2168 nəfər təxliyə olunub.

 

Belə ki, 633 Çin, 383 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 29 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqariya, 10 Konqo Demokratik, 9 Böyük Brityaniya, 9 Kanada, 8 Braziliya və 8 Qazaxıstan vətəndaşı təxliyə olunub.

 

Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər biri üzrə 6 vətəndaş, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandın hər biri üzrə 4, Qətər, Filippin, Xorvatiya, Danimarkanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hər biri üzrə 2 vətəndaş yer alıb.

 

Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Avstraliya və Belisin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

 

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

 

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

 

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

 

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.