İrandan Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib

İrandan Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib backend

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend-in məlumatına görə, 28 fevral 8.00-dan – 3 mart saat 14:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 725 nəfər təxliyə olunub.

Belə ki, 165 Azərbaycan, 224 Çin, 127 Rusiya , 71 Pakistan, 66 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Fillipin, Nepal, Qazaxıstan, Fransa və Özbəkist, Türkiyə, İranın hər biri üzrə 2 vətəndaş yer alıb. İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.