İrandan Azərbaycana 123 nəfər təxliyə edilib

İrandan Azərbaycana 123 nəfər təxliyə edilib backend

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

 

Trend xəbər verir ki, təxliyə üçün bütün şərait təmin olunub və proses davam edir.

 

28 fevral saat 08:00-dan 1 mart saat 16:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 123 nəfər təxliyə olunub.

 

Təxliyə edilənlər arasında 54 nəfər Azərbaycan, 18 nəfər Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6 nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

 

Qeyd olunan müddət ərzində ümumi təxliyə olunanların sayı 123 nəfər təşkil edib.