Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı

Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı backend

Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az bildirir ki, "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Diaspora