Avstraliyada ildırım eyni vaxta üç nəfəri vurub.
Qaziler.az bu barədə ABC News-a istinadla xəbər verir.
Yerli medianın məlumatına görə, 78 yaşlı Maykl Dey səhər saat 8:30 radələrində Pertin şəhərətrafı ərazisində Messi adlı iti ilə gəzintiyə çıxarkən yaxınlığına ildırım düşüb. Onun qarnından və budundan yanıq xəsarətləri alıb.
Eyni zamanda, şərqi Pertdə 16 yaşlı məktəbli Corciya Rizzi də xəsarət alıb. Maunt Helena ərazisində yerləşən məktəbin basketbol halqasına ildırım düşübş Nəticədə qıza və rəfiqəsinə təsir edən elektrik boşalması baş verib. Yeniyetmə qız şiddətli başında ağrılar, onurğasında titrətmə və ayaqlarında müvəqqəti uyuşma hiss etdiyini bildirib.
KİV-in yaydığı xəbərə görə, həmin gün Pertdə ildırım vurması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ



