Bakıda avtomobil işıq dirəyini aşırıb - FOTO

Bakıda avtomobil işıq dirəyini aşırıb - FOTO backend

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. “Daewoo” markalı, 99 AN 541 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən işıq dirəyi aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.
Diaspora