Səhər saatlarında "İdrak" liseyində baş verən ilkin görüntüləri yayılıb.
Qaziler.az Musteqil.az-a istinadən xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı silahdan açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.



