Yevlax sakini özünə vurduğu iynədən sonra öldü

Yevlax sakini özünə vurduğu iynədən sonra öldü backend

Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

 

Qaziler.az bildirir ki, Trend-in yerli bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

 

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.