Qazi vəfat etdi - Qarağacı qəbirstanlığında dəfn olundu

Qazi vəfat etdi - Qarağacı qəbirstanlığında dəfn olundu backend

Qarabağ qazisi Üzeyir Tahir oğlu Məmmədov vəfat edib.

Bu barədə Qaziler.az-a vəfat edən Üzeyir Məmmədovun silahdaşı, qazi Elməddin Sərdar məlumat verib. 

Bildirilir ki, qazi  işğaldan azad ediliş Ağdam şəhərinin Qarağacı qəbristanlığında dəfn edilib.

Elməddin Sən sözlərinə görə,  qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən Qarağacı qəbirstanlığında ilk dəfn olunan şəxsdir.

"Üzeyir Məmmədov 1967 ci il, iyulun 1 də Ağdam şəhərində anadan olub.O,  Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" - red.) yaratdığı 859 saylı batalyonda döyüşüb. Üzeyir Məmmədov sonra   "Cəfərin batalyonu"nda erməni işğalçılarına qarşı döyüşüb. İki dəfə yaralanıb", - Elməddin Sərdar deyib.

"Qarabağ qaziləri" ictimai birliyi və  "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fond” Qarabağ qazisi Üzeyir Məmmədovun vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, allahdan səbir diləyir.

Allah rəhmət eləsin.

QAZİLER.AZ