Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, dəm qazından zəhərlənmə hadisəsi Sumqayıtın Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, Əliyeva Günel Səməndər qızı (1990), Əliyev Məhəmməd Emin oğlu (2009) və Əliyeva Mədinə Emin qızı (2012) zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.



