Ziya Bünyadov prospektində yanğın tam söndürülüb - VİDEO - YENİLƏNİB

Ziya Bünyadov prospektində yanğın tam söndürülüb - VİDEO - YENİLƏNİB backend

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

FHN-in Mətbuat xidmətindən  verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.

***

15.50

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

14:39

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.08

Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə obyektdə baş verən yanğın davam edir.

Qaziler.az-ın ərazidə olan əməkdaşı xəbər verir ki, yanğınla bağlı hadisə yerində FHN-nin qərargahı yaradılıb.

Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf obyektlər boşaldılır.

***

13.59

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

Qaziler.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

13.45

Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib", məlumatda qeyd olunub.

Gülcahan İman qızı

***

13.11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Apa FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Apa-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda sözügedən ərazidə olan mağazalar boşaldılır.

***

13.04

Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib.

Apa-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12.36

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Apa xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

12.29

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.