Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.
Qaziler.az "Report"a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.



