Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Vətən müharibəsinin qazisi Əsgər Qüdrət oğlu Hüseynov vəfat edib.
Qaziler.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əsgər Hüseynovun ölümünə səbəb virus infeksiyası olub.
Məlumatda bildirilib ki, dünən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən qazi yanvarın 19-da səhər saat 10:00-da həyatını itirib.
Mərhum bu gün saat 15:00-da Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.



