Şamaxı rayonunda zəlzələ baş verib

Şamaxı rayonunda zəlzələ baş verib backend

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:56-da baş verib.

 

Zəlzələnin maqnitudası 3,7 olub, ocağı 9 kilometr dərinlikdə yerləşib. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.