Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyə edilib, 3 nəfər xilas olunub.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Slavyan Universitetinin məcburi köçkünlərin yaşadığı yataqxanasının eyvanında yanar konstruksiyalar yanıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır".
*****
Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.



