İstanbulda bir kişi məhkəmə işinə hakimlik edən keçmiş həyat yoldaşına məhkəmə prosesi zamanı atəş açıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Metro” yazır.
Xanım hakim ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu və həyati təhlükə yaratmadığını bildiriblər. Hakimə hücum edən və keçmiş prokuror olan kişi saxlanılıb.
Hadisə bir daha məhkəmənin təhlükəsizliyinə diqqət çəkib. Bir neçə ay əvvəl Albaniyada da oxşar hadisə baş verib. Məhkəmə iclası zamanı əmlak mübahisəsinə sədrlik edən hakimə bir neçə dəfə atəş açılıb. Hadisə zamanı məhkəmədə iştirak edən ata və oğul atışma nəticəsində yaralanıblar.
QAZİLER.AZ



