2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha ərazi təmizlənib.
Qaziler.az bildirir ki, bu barədə ANAMA-dan bildirilib.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb",-deyə qurumdan əlavə olunub.



