Ağır qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti ağırdır

Ağır qəza zamanı üzərinə məhəccər aşan  10 yaşlı Sərxanın vəziyyəti ağırdır backend

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə məhəccər və yol nişanı aşan uşağın durumu bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir.