Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb 10:30 23.12.2025 Hadisə Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılıb. "Report" xəbər verir ki, 1961-ci il təvəllüdlü Zaman Kərim oğlu Paşayev yaşadığı Biləcəri qəsəbəsindəki evin pilləkənindən yıxılaraq həyatını itirib. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.